2023-cü ildə ən çox bahalaşan 10 futbolçu
“Transfermarkt” 2023-cü il üçün transfer dəyərini ən çox artıran futbolçuların reytinqini dərc edib.
Aut.az xəbər verir ki, siyahının lideri “Real”ın yarımmüdafiəçisi Cud Bellinqem olub. Onun dəyəri 70 milyon avro artaraq 180 milyona çatıb.
İkinci sırada İngiltərənin “Brayton” klubunun19 yaşlı hücumçusu Evan Ferqyuson qərarlaşıb. “İlk üçlüy”ü Lamin Yamal qapayıb.
2023-də dəyəri ən çox artan 10 futbolçu:
1. Cud Bellinqem (“Real”, 180 (+70) milyon avro).
2. Evan Ferqyuson (“Brayton”, 65 (+64) milyon avro).
3. Lamin Yamal (“Barselona”, 60 (+60) milyon avro).
4. Uorren Zair-Emeri (PSJ, 60 (+54) milyon avro).
5. Moises Kaysedo (“Çelsi”, 90 (+52) milyon avro).
6. Xavi Simons (“Leypsiq”, 70 (+52) milyon avro).
7. Rasmus Hoylund (“Mançester Yunayted”, 65 (+50) milyon avro).
8. Takefusa Kubo (“Real Sosyedad”, 60 (+48) milyon avro).
9. Ceremi Doku (“Mançester Siti” 65 (+47) milyon avro).
10. Levi Kolvill (“Çelsi”, 55 (+45) milyon avro).
