İspaniya

Öpüş qalmaqalı: Dünən həbs olundu, bu gün…

Bir gün əvvəl İspaniyada hava limanında saxlanılan İspaniya Kral Futbol Federasiyasının (RFEF) keçmiş prezidenti Luis Rubiales sərbəst buraxılıb.

Aut.az xəbər verir ki, bu barədə Sport.es məlumat yayıb.

Bundan əvvəl İspaniya prokurorları Rubialesin federasiya prezidenti olarkən yol verdiyi iddia edilən qanun pozuntuları ilə əlaqədar onun həbsinə order vermişdi. İspaniya Mülki Qvardiyası funksioneri saxlayıb, ona ittiham irəli sürüb və sərbəst buraxıb.

İndi Dominikan Respublikasından İspaniyaya qayıdan 46 yaşlı Rubiales məhkəməyə çağırış gözləyəcək.

Rubiales korrupsiya, pis idarəetmə və çirkli pulların yuyulmasında ittiham olunur.

Aut.az