“Barselona”nın Levandovski ilə bağlı qərarı bəlli oldu
Robert Levandovski “Barselona” ilə müqaviləsini iki mövsüm uzada bilər.
Aut.az xəbər verir ki, bu barədə “Diario Sport” məlumat yayıb. Bildirilir ki, Kataloniya klubu 36 yaşlı polşalı hücumçuya 2027-ci ilə qədər müqavilə təklif etməyi planlaşdırır.
Polşalı futbolçunun klubla hazırkı müqaviləsi 2025-ci ilin yayına kimi nəzərdə tutulub.
Levandovski bu mövsüm La Liqada 23 oyun keçirib və 20 qol vurub.
Aut.az
