İngiltərədən gələn təklifi rədd edib: Çünki…
“Atalanta”nın baş məşqçisi Can Piero Qasperini İngiltərədən təklif aldığını, lakin İtaliyadan ayrılmaq niyyətində olmadığını bildirib.
Aut.az xəbər verir ki, bu barədə “La Gazzetta dello Sport” məlumat yayıb.
“Mən xaricə getməyəcəyəm. Bu il İngiltərədə bir variantım var idi, bu yaxınlarda yaranan çox yaxşı fürsət, Avropa Liqasını qazanmaq çoxlu imkanlar açdı, amma İtaliyanı çox sevirəm.
Milli komanda? Düşünmürəm ki, bu iş üçün lazımi xüsusiyyətlərə malikəm”, – Qasperini deyib.
Qasperininin 2016-cı ildən çalışdırdığı “Atalanta” ötən mövsüm Avropa Liqasının qalibi olub.
Aut.az
