İtaliya

Cəzası dayandırıldı – Martın 10-da…

“Roma”nın baş məşqçisi Joze Mourinyo İtaliya A Seriyasında “Yuventus”la oyunda komandanın yanında olacaq.

Aut.az xəbər verir ki, bu barədə “Calciomercato” məlumat yayıb.

Qeyd edək ki, “Kremoneze” ilə qarşılaşmada (1:2) Mourinyo ikinci hissənin əvvəlində ehtiyat oyunçular skamyasından qovulmuşdu.  Məşqçi aqressiv davranışa və matçdan sonra hakimlər otağına daxil olduğu üçün iki oyunluq cəzalandırılıb. Mütəxəssisə 10 min avro cərimə də kəsilib.

Lakin “Roma”nın apellyasiya şikayətindən sonra liqa rəhbərliyi məşqçinin diskvalifikasiyasını növbəti prosesə qədər dayandırmaq qərarına gəlib. Yekun qərar martın 10-da veriləcək.