İtaliyaDünya futbolu

Keyfiyyət yoxdur, futbolçuların səviyyəsi aşağıdır: Kapello hansı Liqanı deyir?

Məşhur mütəxəssis Fabio Kapello İtaliyada futbolun keyfiyyətinin aşağı düşdüyünü bildirib.

Aut.az xəbər verir ki, Kapello A seriyası oyunçularının səviyyəsini tənqid edib.

“Məşqçi meydana çıxmır. Oyunu və taktikanı o hazırlayır, amma qapı qarşısında qərar verən oyunçulardır. İtaliyada futbolun keyfiyyəti aşağı düşüb. Yüksək səviyyəli oyunçular yoxdur. “Boloniya”nın “Piza” üzərində 4:0 hesablı qələbəsi istisna idi. Qol vurmaq lazımdır. Hətta Leao da “Yuventus”la oyunda iki əla fürsəti qaçırdı”, – Kapellonun sözlərini “dello Sport” nəşri yayıb.

Altı turdan sonra “Napoli” 15 xalla A Seriyasının turnir cədvəlinə başçılıq edir. “Roma” ikinci (15), “Milan” isə üçüncüdür (13).

Aut.az