Federasiya prezidenti bu oyuna “qurban” getdi
Bruney Futbol Assosiasiyasının prezidenti Faysal Yusoff tutduğu vəzifədən azad edilib.
Aut.az xəbər verir ki, bu barədə qurumun sosial şəbəkələrdəki rəsmi hesabı məlumat yayıb.
Müvafiq fərmanı Bruney sultanı Hassanal Bolkiah imzalayıb.
Yusufun istefası barədə qərar FABD icraiyyə komitəsi tərəfindən yekdilliklə qəbul edilib.
İşdən çıxarılma səbəbi “ölkə qanunlarının pozulması” olub.
Amma əsas səbəb kimi noyabrın 15-də Rusiya yığması yoldaşlıq görüşündə Bruney yığmasını 11:0 hesabı ilə məğlub olması göstərilir.
Aut.az
