İcazə verildi, Parisə uçdu
“Bavariya”nın müdafiəçisi Lukas Hernandes PSJ-yə keçmək ərəfəsindədir.
Aut.az xəbər verir ki, Almaniya çempionu artıq futbolçunun tibbi müayinədən keçmək üçün Parisə getməsinə icazə verib.
“RMC Sport”un jurnalisti Fabritse Havkinsin sözlərinə görə, Hernandes 3+1 illik müqavilə imzalayacaq. PSJ futbolçu üçün 47 milyon avro ödəyəcək.
Bu mövsüm Lukas Hernandes “Bavariya”nın heyətində bütün turnirlərdə 11 matçda 1 qol vurub və 1 məhsuldar ötürmə edib. 27 yaşlı fransalı dizinin çarpaz bağlarının qopması səbəbindən mövsümün əhəmiyyətli hissəsini buraxıb.
Aut.az
