İlk dəfə qara forma geyinəcəklər
Braziliya millisi iyunun 17-də Qvineya ilə yoldaşlıq görüşü keçirəcək.
Aut.az xəbər verir ki, “sambaçılar” sözügedən oyuna qara formada çıxacaq. Bu barədə “Globo” nəşri məlumat yayıb. Braziliya yığması irqçilik əleyhinə bu addımı atıb.
Milli tarixində ilk dəfə qara forma geyinəcək. Dəstlər matçın ilk hissəsindən sonra dəyişəcək.
