Dünya futbolu

Daha bir futbolçu müharibədə öldü

Donetsk vilayətində, Kurdyumovka yaxınlığında 21 yaşlı futbolçu Aleksandr Tixonets artilleriya atəşi nəticəsində həlak olub.

Aut.az xəbər verir ki, Tixonets “Azov” Xüsusi Əməliyyat Qüvvələri Alayında vuruşub. 2019-cu ildə Aleksandr Tixonets 1 nömrəli Mukaçevo liseyini bitirib, burada orta təhsil haqqında attestat alıb. Sonra Kiyev Milli Bədən Tərbiyəsi və İdman Universitetində oxuyub.

Tixonets peşəkar futbol oynayıb. O, Mukaçevanın “Munkaç”, eləcə də Kiyevin “Lyubomir” klublarında oynayıb. Aleksandr “Sokol-2” və “Slavuta” futzal komandalarında da çıxış edib.

Aut.az