Dünya futbolu

PSJ Messini onunla əvəzləyir

PSJ komandadan ayrılacaq Lionel Messiyə əvəzləyici tapıb.

Aut.az xəbər verir ki, Paris təmsilçisi “Kristal Pelas”ın yarımmüdafiəçisi Maykl Oliseni heyətinə qatmağı planlaşdırır. 21 yaşlı futbolçu bu mövsüm “qartallar”ın heyətində 37 oyuna çıxıb, 2 qol vurub və 9 məhsuldar ötürmə edib.

Parislilər onu gələcəyin ulduzu hesab edirlər. Ona görə də futbolçunun transferində israrlıdılar.

Qeyd edək ki, Messinin PSJ ilə müqaviləsi bu yay bitir. Onun “Barselona”ya dönəcəyi gözlənilir.