Arzusu “Barsa”da oynamaqdır: Bu hücumçu kimdir?
“Lill”in hücumçusu Conatan Devid uşaqlıqda “Barselona”ya azarkeşlik etdiyini və bu komandada oynamaq arzusunda olduğunu bildirib.
“Barselona” uşaq vaxtı dəstəklədiyim komandadır. Müəyyən bir komandaya baxaraq böyüyəndə orada oynamağı xəyal edirsən”,- Devid deyib.
Daha əvvəl mətbuatda “Lill”lə müqaviləsi gələn ilin yayında başa çatacaq 25 yaşlı forvardla “mavi-qranatlılar”ın maraqlanması barədə xəbərlər yayılmışdı. Bu mövsüm Devid bütün turnirlərdə 41 oyun keçirib, 23 qol vurub və 10 məhsuldar ötürmə edib. “Transfermarkt” portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 45 milyon avrodur.
Aut.az
