Dünya futbolu

KONKAKAF Millətlər Liqasının qalibi bəlli oldu

Meksika millisi KONKAKAF Millətlər Liqasının finalında Panama millisinə 2:1 hesabı ilə qalib gəlib.

Aut.az xəbər verir ki, hücumçu Raul Ximenez səkkizinci və 90+2 dəqiqələrdə fərqlənərək qaliblərin heyətində dubl edib.

Panama komandasının yeganə qolunu ilk hissənin sonlarında yarımmüdafiəçi Adalberto Karrasquilla vurub.

Bu qələbə Meksika üçün turnirdə ilk olub. Komanda daha əvvəl iki dəfə finalda ABŞ-a uduzmuşdu. Panamalılar üçün bu oyun onların tarixində debüt finalı olub.

Bu il üçüncü yeri ABŞ millisini məğlub etməyi bacaran Kanada tutub.

Aut.az