O, Yamalı cibinə qoydu: Van der Vartdan tənqid
“Real Madrid”in sabiq yarımmüdafiəçisi Rafael van der Vart UEFA Millətlər Liqasının 1/4 final mərhələsində Niderland – İspaniya matçında “Barselona”nın vingeri Lamin Yamal və “Ayaks”ın müdafiəçisi Jorrel Hato arasında baş verən qarşıdurma haqda danışıb. Oyun bərabərliklə yekunlaşıb – 2:2.
“Deyəsən, Yamal Hato ilə döyüşməkdən həzz almayıb. Bu, diqqət yetirdiyim bir məqamdır və məni bir az narahat etməyə başlayan şeylər görürəm: bir az aşağı buraxılmış şortlar, səy göstərilməmsi, yersiz jestlər …
Məhz bu anlarda düşünürəm: əgər bu qədər gəncsənsə, İspaniya millisi ilə keçirdiyin hər dəqiqədən həzz almalısan. Nə qədər yaxşı olmağın fərqi yoxdur, o yaşda bunu hər dəqiqə və hər matçda sübut etməlisən. Lakin bu, Yamalın həmin oyunda sadəcə Hatonun cibində olması faktını dəyişdirmir”, – “Mundo Deportivo” van der Vaartın sözlərini sitat gətirib.
Aut.az
