“Real”ın ulduzu karyerasını bitirmək istəyirmiş? – ŞOK ETİRAF
“Real”ın müdafiəçisi Eder Militao maraqlı etiraf edib.
Aut.az xəbər verir ki, o, zədələrdən sonra karyerasını bitirmək barədə düşündüyünü bildirib:
“İkinci diz zədəmədən sonra çox düşündüm. Futboldan ayrılmağı nəzərdən keçirdim, amma həyat yoldaşımın, qızımın və komanda yoldaşlarımın dəstəyi sayəsində bu gün buradayam və yaxşı oynayıram. Son iki il iki ciddi zədə ilə asan keçmədi.
Cari mövsümdə 27 yaşlı braziliyalı bütün turnirlər üzrə 7 oyunda iştirak edib və 1 qol vurub. Onun “kral klubu” ilə mövcud müqaviləsi 2028-ci ilin ortalarına qədər qüvvədədir. “Transfermarkt”a görə, futbolçunun bazar qiyməti 30 milyon avrodur.
Aut.az
