İngiltərə

Sən demə, qol vurmağı ondan öyrənib

“Mançester Siti”nin hücumçusu Erlinq Haaland uşaq yaşlarında kumiri olan futbolçu barədə danışıb.

Aut.az xəbər verir ki, norveçli forvard hazırda “Əl-Nəsr”də çıxış edən Kriştiano Ronaldonun oyunundan ilhamlandığını deyib:

“Mən həmişə Ronaldonu, onun cərimə meydançasındakı hərəkətlərini izlədiyimi xatırlayıram. Olmaq istədiyi sahəyə girməzdən əvvəl iki və ya üç hərəkət edərdi. Bu, müdafiəçilərlə duel kimi bir şeydir. Vaxt vacibdir. Və keçid yaxşı olmalıdır. Yaxşı çalışmasan, başınla qol vura bilməyəcəksən.

Ronaldodan başqa mənə ilham verən varmı? O, bossdur. Hərəkət, oyun tərzini necə inkişaf etdirdiyi həmişə maraqlı olub. Onun “Mançester Yunayted”də, sonra isə “Real”dakı ilk illərində necə oynadığını xatırlayırsınız? Madriddə əsl hücumçu oldu. Onun bunu etməsi inanılmazdır”.