İngiltərə

“Liverpul”un onunla bağlı mövqeyi kəskin dəyişdi

“Liverpul” hücumçu Federiko Kyezanın klubdakı gələcəyi ilə bağlı mövqeyini kəskin şəkildə dəyişib.

Aut.az xəbər verir ki, bu barədə “Football Insider” məlumat yayıb.

Bir mənbəyə görə, 27 yaşlı cinah oyunçusunun yanvarda “qırmızılar”ı tərk edəcəyi gözlənilirdi. Bununla belə, Kyeza “Liverpul”un inkişafının ayrılmaz hissəsinə çevrildikdən sonra rəhbərlik onu saxlamağa meyllidir.

İtalyan futbolçu 2024-cü ilin yayından İngiltərə klubunda çıxış edir. Bu mövsüm o, bütün turnirlərdə altı oyun keçirib, iki qol vurub və iki məhsuldar ötürmə edib. Onun müqaviləsi 2028-ci ilin yayına kimi nəzərdə tutulub. “Transfermarkt” portalının məlumatına görə, onun bazar dəyəri 14 milyon avrodur.

Aut.az