DÇ-2026-ya vəsiqə qazanan 28 ölkə
2026-cı ildə Kanada, Meksika və ABŞ-da keçiriləcək futbol üzrə dünya çempionatına vəsiqə qazanan komandaların sayı 28-ə çatıb.
Aut.az xəbər verir ki, ötən gecə baş tutan görüşlərdə daha bir neçə komanda mundialda iştirak etmək hüququ qazanıb. Bunlar Avropadan İngiltərə, Afrikadan Seneqal və Kot-d’İvuardır.
Lakin 20 vəsiqənin sahibi müəyyənləşməyib. Noyabrda keçiriləcək görüşlərdə daha bir neçə komanda bu hüquqa yiyələnəcək. Martda isə seçmə mərhələyə ümumi olaraq yekun vurulacaq.
DÇ-2026-ya vəsiqə qazanan komandalar:
1. Kanada – ev sahibi ölkə
2. Meksika – ev sahibi ölkə
3. ABŞ – ev sahibi ölkə
4. Yaponiya – Asiyada C qrupunun qalibi (20 mart 2025)
5. Yeni Zelandiya – Okeaniyada üçüncü mərhələnin qalibi (24 mart 2025)
6. İran – Asiyada A qrupunun qalibi (25 mart 2025)
7. Argentina – Cənubi Amerikada seçmə mərhələnin qalibi (25 mart 2025)
8. Özbəkistan – Asiyada A qrupunun ikinci yeri (5 iyun 2025)
9. Koreya – Asiyada B qrupunun qalibi (5 iyun 2025)
10. İordaniya – Asiyada B qrupunun ikinci yeri (5 iyun 2025)
11. Avstraliya – Asiyada C qrupunun ikinci yeri (10 iyun 2025)
12. Braziliya – Cənubi Amerikada birbaşa vəsiqə qazanıb (11 iyun 2025)
13. Ekvador – Cənubi Amerikada birbaşa vəsiqə qazanıb (11 iyun 2025)
14. Uruqvay – Cənubi Amerikada birbaşa vəsiqə qazanıb (4 sentyabr 2025)
15. Kolumbiya – Cənubi Amerikada birbaşa vəsiqə qazanıb (4 sentyabr 2025)
16. Paraqvay – Cənubi Amerikada birbaşa vəsiqə qazanıb (4 sentyabr 2025)
17. Mərakeş – Afrikada E qrupunun qalibi (5 sentyabr 2025)
18. Tunis – Afrikada H qrupunun qalibi (8 sentyabr 2025)
19. Misir – Afrikada A qrupunun qalibi (8 oktyabr 2025)
20. Əlcəzair – Afrikada G qrupunun qalibi (9 oktyabr 2025)
21. Qana – Afrikada I qrupunun qalibi (12 oktyabr 2025)
22. Kabo-Verde – Afrikada D qrupunun qalibi (13 oktyabr 2025)
23. Cənubi Afrika Respublikası – Afrikada C qrupunun qalibi (14 oktyabr 2025)
24. Qətər – Asiyada dördüncü mərhələnin A qrupunun qalibi (14 oktyabr 2025)
25. İngiltərə – Avropada K qrupunun qalibi (14 oktyabr 2025)
26. Səudiyyə Ərəbistanı – Asiyada dördüncü mərhələnin B qrupunun qalibi (14 oktyabr 2025)
27. Fil Dişi Sahili – Afrikada F qrupunun qalibi (14 oktyabr 2025)
28. Seneqal – Afrikada B qrupunun qalibi (14 oktyabr 2025)
Aut.az
