“Mançester Siti” Qvardiola ilə 20-ci tutulunu qazandı
“Mançester Siti” 2025/26 mövsümünün İngiltərə Kubokunun finalında “Çelsi”ni minimal hesabla məğlub edərək titulun sahibi olub.
Aut.az əxəbər verir ki, “Uembli” stadionunda keçirilən qarşılaşma Pep Qvardiolanın komandasının 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Oyundakı yeganə qolu 72-ci dəqiqədə topu dabanla qapıya göndərən Antuan Semenyo vurub.
Beləliklə, “Mançester Siti” tarixində 8-ci dəfə İngiltərə Kubokunu qazanıb və 2023-cü ildən sonra yenidən bu uğura imza atıb. Kubok qələbələrinin sayına görə “şəhərlilər” “Çelsi”, “Liverpul” və Tottenhemlə eyni göstəriciyə çatıb.
Bu titul həm də Qvardiola üçün əlamətdar olub. 2016-cı ilin iyulundan bəri komandaya rəhbərlik edən ispan mütəxəssis “Siti” ilə 20-ci kubokunu qazanıb.
Onun rəhbərliyi altında klub 6 dəfə İngiltərə Premyer Liqası çempionu olub, 5 dəfə Liqa Kubokunu, 3 dəfə İngiltərə Kubokunu və 3 dəfə İngiltərə Superkubokunu qazanıb.
Bundan əlavə, Qvardiola komandaya bir dəfə UEFA Çempionlar Liqası, UEFA Superkuboku və Klublararası dünya çempionatı zəfəri də yaşadıb.
Qvardiola daha əvvəl Barselona ilə 14, Bavariya ilə isə 7 titul qazanıb.
Aut.az
