Ona bağlama göndərdilər: Görün içində nələr olub
İtaliyanın “Napoli” klubunun baş məşqçisi Luçano Spaletti neapollu azarkeşlərdən qeyri-adi hədiyyə alıb.
Aut.az xəbər verir ki, 2021-ci ilin oktyabrında Spalettinin avtomobili ultras “Napoli” tərəfindən oğurlanmışdı. Həmin vaxt fanatlar demişdilər ki, Luçano istefa verərsə, maşını qaytaracaqlar. Bununla belə, mütəxəssis istefa vermədi və bu mövsüm “Napoli”yə son 33 ildə ilk çempionluğu qazandırdı.
“La Gazzetta dello Sport”un məlumatına görə, ötən gün Spalletti neapollu azarkeşlərdən bağlama alıb. Qutuda məşqçinin oğurlanan avtomobilinin sükanı, həmçinin maşında dinlədiyi musiqi diskləri olub.
Luçano Spaletti mövsümün sonunda “Napoli”dən ayrılır – mütəxəssis bir il istirahət etmək qərarına gəlib.
Aut.az
