Dünyanın ən bahalı 10 qapıçısı
Futbolda Beynəlxalq İdman Araşdırmaları Mərkəzi (CIES Football Observatory) dünyanın ən bahalı qapıçılarının siyahısını açıqlayıb.
Aut.az xəbər verir ki, siyahıda 10 futbolçunun adı var. “Arsenal”ın qapıçısı Aaron Ramsdeyl CIES tərəfindən 79 milyon avro dəyərində qiymətləndirmə ilə reytinq cədvəlinə başçılıq edir. İlk üçlüyə həmçinin Canluici Donnarumma (PSJ, 75 milyon avro) və Alisson Bekker (Liverpul, 67 milyon avro) daxil olub.
Sonrakı yerlərdə bu qapıçılar qərarlaşıb:
Dioqo Kosta (“Porto”, 65 milyon avro), Ederson Moraes (“Mançester Siti”, 57 milyon avro), Tibo Kurtua (“Real” Madrid, 52 milyon avro), Qreqor Kobel (“Borussiya” Dortmund, 48 milyon avro), Yan Oblak (“Atletiko”, 40 milyon avro), Andre Onana (“İnter”, 37 milyon avro) və Aleks Meret (“Napoli”, 36 milyon avro).
Aut.az
