Dünya futbolu

Afrika Millətlər Kubokuna ev sahibliyi edəcək ölkələr bilindi

2025 və 2027-ci illərdə keçiriləcək Afrika Millətlər Kubokunun ev sahibləri açıqlanıb.

Aut.az xəbər verir ki, bu barədə Afrika Futbol Konfederasiyasının mətbuat xidməti məlumat yayıb.

Yarışa 2025-ci ildə Mərakeş, 2027-ci ildə isə Keniya, Tanzaniya və Uqanda birlikdə ev sahibliyi edəcək.