Dünya futboluİspaniya

Artıq Barselonadadır, detallar açıqlandı – FOTO

Hücumçu Vitor Roke “Barselona”ya keçməyə hazırdır.

Aut.az xəbər verir ki, Kataloniya klubu forvardın Barselonaya gəldiyini bildirib. Əvvəlcə  futbolçunun 2024-cü ilin yayında “blauqrana”ya qoşulacağı planlaşdırılırdı . Lakin sonradan məlum olub ki, “Barselona” ağır zədə alan Qavinin yerinə Rokeni qeydiyyatdan keçirməyə hazırlaşır.

Əvvəlcə “Barselona”nın Roke üçün  35+10 milyon avro ödəyəcəyi bildirilirdi . Sonra məlumat ortaya çıxdı ki, kataloniyalılar  sabit ödənişi 35 milyon avrodan 30 milyon avroya endirmək istəyirlər. Bundan sonra “Atletico Paranaense” “Barsa”ya  ultimatum verdi: imzalanmış sənədləri göndərmək üçün kluba bir gün vaxt verildi.

Bundan sonra klublar transferlə bağlı yekun razılığa gəliblər. “Barsa” Vitor üçün 30+31 milyon avro ödəyəcək  – ilkin planlaşdırıldığından çox. Forvardın illik maaşının 3,5 milyon avro olacağı bildirilir.

18 yaşlı forvard bu mövsüm 45 oyunda 21 qol vurub.

Artıq Barselonadadır, detallar açıqlandı – FOTO

Aut.az