Mahirin komandası 1/8 finalda
Azərbaycanlı hücumçu Mahir Emrelinin formasını geyindiyi “Dinamo” (Zaqreb) Xorvatiya Kubokunda növbəti oyununa çıxıb.
Aut.az xəbər verir ki, Zaqreb təmsilçisi “Ponikve” ilə qarşılaşıb. Görüş “Dinamo”nun qələbəsiylə başa çatıb – 4:1.
Mahir bu görüşdə iştirak etməyib. O, sona qədər ehtiyatda qalıb.
“Dinamo” bu nəticədən sonra 1/8 finala yüksəlib.
