Dünya futbolu

Mourinyo Meksikanın ən yaxşı komandası ilə müqavilə imzaladı

“Roma”nın baş məşqçisi Joze Mourinyo sosial şəbəkələrdə qəribə mesaj paylaşıb.

Aut.az xəbər verir ki, portuqaliyalı mütəxəssis video paylaşıb və belə yazıb:

“Meksikanın ən yaxşı komandası ilə müqavilə imzaladım”.

“Marca”nın məlumatına görə, Mourinyo çətin ki, Mexikonun “Çivas” və ya “Qvadalxara” klublarından birini çalışdırsın. Çox güman ki, Mourinyo Meksika futbolunun səfiri olacaq, ya da Meksika brendlərindən biri ilə müqavilə imzalayıb.

Aut.az