İtaliya

Özünü onlara tay tutdu – Tutarlı arqumenti var

“İnter”in argentinalı hücumçusu Lautaro Martines özünü Robert Levandovski, Kilian Mbappe və Erlinq Haalandla bərabər tuta biləcəyi ilə bağlı sualı cavablandırıb.

Aut.az xəbər verir ki, Lautaro “Fotball Italia” nəşrinə müsahibəsində bu haqda danışıb.

“Bəli, kiməsə həsəd aparmağa ehtiyacım yoxdur. Statistikam və kuboklarım danışır.

Məndən daha az kubok qazanan çempionlar var. Atamın mənə öyrətdiyi kimi, mən gərgin və məsuliyyətli işləməyə davam etməliyəm, lakin bu böyük hücumçularla bir masa arxasında otura bilərəm”, – deyə Lautaro bildirib.

Aut.az