Tibbi müayinədən keçə bilmədi: Transfer baş tutmadı
“Milan”ın vingeri Noa Okaforın “Leipsiq”ə transferi baş tutmayıb.
Aut.az xəbər verir ki, klublar futbolçunu 25 milyon avroya almaq opsiyonu ilə icarəyə götürməyə razılaşsa da, keçid reallaşmayıb. Buna Okaforın tibbi müayinədən uğursuz keçməsidir. “Leypsiq” əməkdaşları test nəticələrini təsdiqləməyib. Məşhur futbol insayderi Fabritsio Romanonun sözlərinə görə, futbolçu tezliklə Almaniyanı tərk edəcək və Milana qayıdacaq.
Qeyd edək ki, Noa Okaforun “Milan”la müqaviləsi 2028-ci ilə qədərdir. Cinah hücumçusu bu mövsüm 16 oyuna çıxıb, 1 qol vurub və 2 məhsuldar ötürmə verib.
Aut.az
