UEFA qərar verdi: Bu liqaların finalları İstanbulda keçiriləcək
Türkiyə UEFA-nın bayrağı atlında keçirilən 2 mötəbər turnirin finalını qəbul edəcək.
Aut.az xəbər verir ki, 2026-cı il UEFA Avropa Liqasının, 2027-ci ildə isə Konfrans Liqasının finalları İstanbulda keçiriləcək. Bu barədə qərar UEFA İcraiyyə Komitəsinin İrlandiyanın paytaxtı Dublində təşkil olunana iclasında qəbul edilib.
Qeyd edək ki, 2019-cu ildə UEFA Super Kubokunun, ötən mövsüm isə Çempionlar Liqasının final matçı İstanbulda baş tutub.
Aut.az
