ÇL-in 2026-cı ildəki finalı bu şəhərdə keçiriləcək
Çempionlar Liqasının 2025/26 mövsümünün final oyunu Budapeştdə baş tutacaq.
Aut.az xəbər verir ki, bu barədə qərar UEFA-nın İcraiyyə Komitəsinin Dublində keçirilən iclasında qərar verilib.
Bu mövsüm “Borussiya” və “Real” arasında keçiriləcək Çempionlar Liqasının finalı iyunun 1-də Londondakı “Uembli”də keçiriləcək.
2024/25 mövsümündə isə turnirin həlledici görüşü Münhendə təşkil olunacaq.
