İngiltərəDünya futbolu

Bəlli oldu: Karyerasını bu ölkədə davam etdirmək istəyir

Yanvar ayında Kazemironun 2025/26 mövsümünün sonunda “Mançester Yunayted”dən ayrılacağı və müqaviləsinin müddəti bitdiyi üçün azad agent olacağı açıqlandı.

Aut.az xəbər verir ki, jurnalist Samuel Lakherstin sözlərinə görə, braziliyalı yarımmüdafiəçi Avropada qalmaq istəyir. Futbolçuya yaxın mənbələr Kazemironun mümkün transfer yeri kimi İtaliyanı qeyd edirlər.

Kazemiro bir neçə gün əvvəl 34 yaşını qeyd edib.  Braziliyalı futbolçu “Mançester Yunayted”ə keçməzdən əvvəl Avropada “Real Madrid” və “Porto” klublarında oynayıb. Daha əvvəl mətbuatda Kazemironun “İnter Mayami” rəhbərliyi ilə görüşdüyü barədə məlumatlar yayılmışdı.

Aut.az