İtaliya

ÇL-də fiasko olub, amma məşqçinin maaşını qaldırırlar

“İnter” Çempionlar Liqasında uğursuzluğa düçar oldu. Milan komandası pley-off mərhələsində “Bodo-Qlimt”ə iki dəfə – səfərdə 1-3, evdə isə 1-2 hesabı ilə məğlub olaraq mübarizədən kənarlaşdırıldı.

Aut.az xəbər verir ki, klub rəhbərliyi Çempionlar Liqasındakı məyusedici çıxışa baxmayaraq, baş məşqçi Kristian Kivunun işindən açıq-aydın razıdırlar.

Jurnalist Nikolo Şira sosial mediada yazıb ki, “İnter” Kivu ilə müqaviləni yeniləməyə yaxındır. Müqavilə 2028-ci ilin ortalarına qədər qüvvədədir və daha bir mövsüm üçün seçim imkanı da var. Qeyd olunur ki, bu müqavilə imzalandıqdan sonra Kivunun maaşı artacaq.

Kristian Kivu ötən yay “İnter”i çalışdırmağa başlayıb. Komanda Seriya A-da rahatlıqla liderlik edir və ikinci yerdəki “Milan”dan 10 xal qabaqdadır.

Aut.az