İngiltərə

Qvardiolanın “Siti”dən sonrakı hədəfi bəlli oldu

Xosep Qvardiola “Mançester Siti”nin baş məşqçisi vəzifəsindən ayrılandan sonrakı karyerası haqda qərar qəbul edib.

Aut.az xəbər verir ki, “Touchline”ın məlumatına görə, Mançester klubundakı müddəti bitdikdən sonra ispan məşqçinin yalnız bir arzusu qalacaq: Dünya Kubokunu qazanmaq. Qvardiola konkret bir milli komandaya rəhbərlik etməyi hədəfləmir. O, beynəlxalq arenada rəqabətə davamlı bir komandanı çalışdırmaq istəyir.

Xosep Qvardiola 2016-cı ildən bəri “Mançester Siti”ni çalışdırır. Onun rəhbərliyi altında “şəhərlilər” altı İngiltərə çempionluğu və Çempionlar Liqası da daxil olmaqla 18 kubok qazanıblar. İspan məşqçinin “Mançester Siti” ilə müqaviləsi 2027-ci ilin yayına qədərdir.

Aut.az