Ərəblər “şeytanlar”ı himayə edəcək?
İngiltərədə “Mançester Yunayted” klubunun satışı ilə bağlı həyata keçirilən görüşmələr yekunlaşmaq üzrədir.
Aut.az xəbər verir ki, Qleyzerlər ailəsinə məxsus olan komanda yaxın günlərdə Qətər şeyxi Cassim Bin Hamad Əl-Taninin himayəsinə keçəcək. İngiltərə mətbuatı iddia edir ki, təxminən bir ildir davam edən danışıqların müsbət yekunlaşıb.
Ərəb milyarder “qırmızı şeytanlar”ın səhmlərinin 100 faizinə sahib olmaq üçün qarşı tərəfə 5 milyard funt sterlinq ödəyəcək. Razılaşmaya əsasən, daha 1 milyard funt sterlinq isə klubun maddi-texniki bazasının gücləndirilməsinə ayrılacaq.
Qeyd edək ki, Mançester təmsilçisi son mövsümdə Premyer Liqanı 3-cü pillədə tamamlayıb.
