“Real” böhtan atıb: La Liqanın bu işdən xəbəri yoxdur
Xavyer Tebas La Liqanın “Real Madrid”in məşqini gecikdirməsində iştirakını inkar edib.
Bu gün klub Çempionlar Liqasının ümumi mərhələsinin ilk turu çərçivəsində “Marsel”i qəbul edəcək. Komandanın dünənki məşqi dopinq nəzarəti səbəbiylə bir saat gec başlayıb.
Aut.az xəbər verir ki, bunun Madrid klubunda hiddətə səbəb olduğu, testdən keçməsi tələb olunan hər kəsin bir-bir sınaqdan keçməyincə komandanın məşqə başlaya bilməyəcəyi bildirilib.
İddia olunurdu ki, “Real” dopinq zabitlərinin gəlişini La Liqa ilə əlaqələndirib və bu hərəkət tərzindən qəzəblənib.
“Liqanın dopinq nəzarəti sahəsində heç bir səlahiyyəti yoxdur. Və heç vaxt da olmayıb. Mənə dedilər ki, “Real” ya yanlış məlumatlandırılıb, ya da La Liqanı hər şeydə günahkar göstərməyə çalışır.
Bizim antidopinq sahəsində heç vaxt səlahiyyətimiz olmayıb. Antidopinq agentliyinin nə vaxt və hansı tədbir görəcəyini bilmirik. Heç kimi heç yerə göndərməmişik. Bu yalan məlumatdır.
Mən jurnalistlərə hər şeyi dərc etməzdən əvvəl yoxlamalarını tövsiyə edirəm, hətta mesaj “Real”dan və ya ona yaxın mənbələrdən gəlsə belə. Biz informasiyanın saxtalaşdırılmasının son dərəcə təhlükəli olduğu bir dövrdə yaşayırıq”, – La Liqa prezidenti deyib.
Aut.az
