İspaniya

Ançelotti onu bu mövqedə oynadır, rəhbərlik narazıdır

“Real” rəhbərliyi komandanın baş məşqçisi Karlo Ançelottidən narazıdır.

Aut.az xəbər verir ki, rəhbərliyi italyan mütəxəssisin fransalı yarımmüdafiəçi Eduardo Kamavinqa üçün meydanda ayırdığı mövqe narazı salır.  Bu barədə jurnalist Xorxe Pikon öz “X” səhifəsində yazıb.

Mənbənin sözlərinə görə, Madrid klubunun bossları Ançelottinin Kamavinqanı sol cinah müdafiəçisi mövqeyinə buraxmasından məmnun deyillər. Futbolçunun özünün də meydandakı bu rolunu bəyənmədiyi vurğulanır. Bununla belə, italiyalı mütəxəssis öz baxışına arxayın olduğundan, bu məsələdə israrlıdır.

Xatırladaq ki, cari çempionatda Kamavinqa 7 matçda iştirak edib.

Aut.az