İlin futbolçusu: FİFA Vinisiusu seçdi
“Real Madrid”in və Braziliya milli komandasının cinah hücumçusu Vinisius Junior FİFA tərəfindən keçirilən “The Best” mərasimində 2024-cü ilin ən yaxşı futbolçusu seçilib.
Aut.az xəbər verir ki, səsvermənin nəticələrinə görə, braziliyalı futbolçu aşağıdakı bütün rəqiblərini, o cümlədən “Qızıl top”un qalibi Rodrini qabaqlayıb.
Səsvermə zamanı oyunçuların 21 avqust 2023-cü ildən 2024-cü il avqustun 10-dək olan performansı nəzərə alınıb. Qalib milli komandaların kapitan və məşqçiləri, azarkeşlər və media nümayəndələrinin səsverməsi nəticəsində müəyyən edilib.
Aut.az
