Təcavüzdə ittiham olunan Mir komandadan uzaqlaşdırıldı
“Valensiya”nın hücumçusu Rafa Mir qeyri-müəyyən müddətə komandadan ayrı məşq edəcək.
Aut.az xəbər verir ki, bu barədə “El Mundo” məlumat yayıb.
Bu yay “Sevilya”dan icarə əsasında kluba qayıdan Mir cinsi təcavüzdə şübhəli bilinərək polis tərəfindən saxlanılıb. Avqustun 31-də futbolçunun evində baş verən insidentdən sonra iki qadın tərəfindən polisə rəsmi şikayət edilib. Orada olan daha bir nəfər də saxlanılıb.
Mənbənin məlumatına görə, klub rəhbərliyi sentyabrın 9-da futbolçu ilə görüş keçirib və qərarını açıqlayıb. Ona əsasən, 27 yaşlı ispaniyalı komandadan ayrı məşq edəcək, həmçinin klubun daxili qaydalarını pozduğuna görə cərimə ödəyəcək.
