Amorim qovuldu, yolu açıldı: “Yunayted” onu qaytarır
“Barselona” icarə müddəti bitdikdən sonra “Mançester Yunayted”dən ingilis futbolçu Markus Reşfordu transfer etməyəcək.
Aut.az xəbər verir ki, “Sport.es”in məlumatına görə, “Barselona” maliyyə səbəblərinə görə oyunçunu transfer etməmək qərarına gəlib, çünki tam transfer üçün vəsaitləri çatışmır.
“Mançester Yunayted” isə Reşfordu yenidən heyətinə qatmağa ümid edir. Klub bu yaxınlarda Markusdan imtina edən baş məşqçi Ruben Amorimi işdən çıxarıb.
“Yunayted” rəsmilərinin sözlərinə görə, adı hələ müəyyənləşməmiş yeni menecerin rəhbərliyi altında Reşford heyətdəki yerini möhkəmləndirə bilər.
Markus Reşford 2025-ci ilin iyul ayından bəri “Barselona”da icarə əsasında oynayır. “Blaugrana”nın heyətində bütün turnirlərdə 25 oyunda yeddi qol vurub və 11 məhsuldar ötürmə edib.
Aut.az
