Almaniyaİspaniya

“Bavariya”dan “Barsa”nı şirnikləndirən təklif

“Bayern” “Barselona”nın müdafiəçisi Ronald Arauxonu 100 milyon avroya transfer etmək istəyir.

Aut.az “Mundo Deportivo”ya istinadən xəbər verir ki, Münhen klubu transferlə bağlı “Barsa” ilə razılığa gələ biləcəklərinə inanır .

Mənbənin sözlərinə görə, uruqvaylı müdafiəçi “pivəçilər” üçün prioritet hədəfdir. Qeyd olunur ki, “Bavariya” Ronaldın transferini həyata keçirmək üçün bəzi oyunçuları ilə ayrılmalı olacaq.

Arauxo 2018-ci ildən “Barselona”da çıxış edir. Bu mövsüm müdafiəçi bütün turnirlərdə 30 oyun keçirib və 1 qol vurub. Futbolçunun Kataloniya klubu ilə müqaviləsi 2026-cı ilin iyun ayına qədər qüvvədədir.