İspaniya

“Real”lının cəzası ləğv olundu, Xavi etiraz etdi

“Barselona”nın baş məşqçisi Xavi İspaniya Futbol Federasiyasının “Valensiya” ilə matçda “Real”ın futbolçusu Vinisius Juniorun aldığı qırmızı vərəqəni ləğv etməsinə münasibət bildirib.

“İrqçilik və təhqir aktları cəzalandırılmalıdır, lakin cəzanın aradan qaldırılmasının bununla heç bir əlaqəsi yoxdur. Vinisiusun meydanda etdiyi hərəkət qırmız vərəqəlik idi”, – COPE Xavidən sitat gətirib.

İspaniya çempionatının 35-ci turunun “Valensiya” ilə matçında (0:1) Vinisius irqçi təhqirlərə məruz qalıb. Həmçinin braziliyalı ikinci hissəyə əlavə edilmiş dəqiqələrdə “Valensiya”nın futbolçuları ilə davada iştirak edib və qırmızı vərəqə alıb.

Aut.az