Dünya futboluİspaniya

PSJ ilə “Barsa” razılaşdı: Yaxın günlərdə Parisə gedəcək

PSJ 18 yaşlı hücumameylli yarımmüdafiəçi Dro Fernandesin transferi üçün “Barselona” ilə razılığa gəlib.

Aut.az xəbər verir ki, bu barədə “RMC Sport” məlumat yayıb.

Mənbənin məlumatına görə, klublar transferlə bağlı tam razılığa gəliblər.

Futbolçunun tezliklə Parisə gələcəyi gözlənilir. Daha əvvəl gənc futbolçunun Kataloniya klubundan ayrılmaq qərarına gəldiyi və sərbəst qalma məbləğinin 6 milyon avro olduğu bildirilmişdi.

Mediada yayılan məlumatlara görə, PSJ Dronun transferi üçün “Barselona”ya müqaviləsində göstəriləndən daha yüksək məbləğ ödəmək niyyətindədir. Məlumata görə, bu, “Blaugrana” ilə münasibətlərin korlanmaması üçün edilir.

Aut.az