Dünya futbolu

Yığma komandalarla işləyən 10 ən yaxşı məşqçi

Böyük Britaniyanın futbol nəşri “FourFourTwo” dünyanın milli komandalarla işləyən ən yaxşı məşqçilərin reytinqini təqdim edib.

Aut.az xəbər verir ki, 32 mütəxəssisdən ibarət siyahıya alman Helmut Şen başçılıq edir.

Almaniya millisinə (1964-1978) rəhbərlik edən Şen Bundestimi Dünya Çempionatında (1974) və Avropa Çempionatında (1972) qələbələrə çatdırıb. Bundan əlavə, Helmut dövründən Almaniya komandası Dünya Kubokunda ikinci (1966) və üçüncü (1970), 1976-cı ildə isə Avropa çempionatında ikinci olub. Şen Dünya çempionatında matçların (25) və qələbələrin (16) sayına görə məşqçilik rekorduna sahibdir.

İkinci yeri İtaliya millisinin (1929-1948) keçmiş məşqçisi Vittorio Pozzo tutub. Onun rəhbərliyi altında komanda iki dəfə dünya çempionu (1934, 1938) və 1936-cı il Olimpiya turnirinin qalibi olub.

İlk üçlüyü İspaniya millisinin (2008-2016) sabiq çalışdırıcısı Visente Del Boske tamamlayıb. Onun rəhbərliyi altında İspaniya dünya çempionatının (2010) və Avropa Çempionatının (2012) qalibi olub.

“FourFourTwo” versiyasına görə yığma komandaları çalışdıran 10 ən yaxşı məşqçi:

  1. Helmut Şen (Almaniya);
  2. Vittorio Pozzo (İtaliya);
  3. Visente Del Boske (İspaniya);
  4. Mario Zaqallo (Braziliya);
  5. Didye Deşam (Fransa);
  6. Karlos Alberto Parreyra (Braziliya);
  7. Rinus Mihels (Niderland);
  8. Frans Bekkenbauer (Almaniya);
  9. Qustav Şebes (Macarıstan);
  10. Entso Bearzot (İtaliya).

Aut.az