Düzgün qərar verdiyinə əmindir
Futbol üzrə Braziliyalı millisinin üzvü Neymar “Əl Hilal”a transferi barədə danışıb.
Aut.az xəbər verir ki, o, Asiyanın ən yaxşı klubuna keçdiyini bildirib:
“Mən yeni hekayə yazmaq istəyirəm. Səudiyyə Ərəbistanı liqasında heyrətamiz enerji və bacarıqlı oyunçular var. Bu çempionat hazırda sürətlə inkişaf edir. İnanıram ki, ona böyük maraq var.
“Əl Hilal” çox sayda azarkeşi olan nəhəng klubdur. Asiyanın ən yaxşısıdır. Elə hiss edirəm ki, doğru zamanda düzgün qərar vermişəm və doğru kluba getmişəm.
Qələbə qazanmağı və qol vurmağı sevirəm. Bunu Səudiyyə Ərəbistanı və “Əl-Hilal”da davam etdirməyi planlaşdırıram”.
Qeyd edək ki, Neymar ötən gün PSJ-dən “Əl-Hilal”a transfer edilib. Səudiyyə Ərəbistanı klubu ona görə 90 milyon avro ödəyib. “Sambaçı” Səudiyyə Ərəbistanı klubu ilə 2 illik müqavilə imzalayıb. Onun bu müddətdə qazancı 400 milyon avro olacaq.
