Onları yada salanda dəli oluram – Sabiq “Siti”li nəyi deyir?
“Atletik Bilbao”nun mərkəz müdafiəçisi Aymerik Laport “Mançester Siti”nin Çempionlar Liqasındakı çıxışı barədə fikirlərini bildirib.
Aut.az xəbər verir ki, futbolçu 2018-ci ildən 2023-cü ilə qədər klubda oynayıb. Bu müddət ərzində “Siti” yalnız 2022/23 mövsümündə yarışda qalib gəlib.
“Llorentenin əl ilə oynamasına görə “Tottenhem”ə uduzduq və bir il sonra, mövsümün ilk oyununda yenidən onlarla oynadıq. Topu Qabriel Jesusa ötürdüm, top başıma və qoluma dəydi və VAR əl ilə oyun olduöunu bildirdi.
Ondan bir il əvvəl Çempionlar Liqasını buna görə uduzduğumuz zaman kim deyə bilərdi ki, bu, əl ilə oyndur? Bu, məni öldürür. Bu qədər ədalətsizlik olmaz.
And içirəm ki, hər il özümüzü eyni vəziyyətdə tapırdıq. “Tottenhem”ə qarşı penalti qaçırdıq, sonra isə onlar əli ilə qol vurdular. “Liverpul”a qarşı – ofsayd, ofsayd yox. Kiçik detallar. ÇL-i Premyer Liqanı qazandığımız qədər qazana bilərdik, ardıcıl beş dəfə…
Altı ildə beş Çempionlar Liqasını qazana bilərdik. Axmaq səhvlər. Bilmirəm… Dəli oluram, bilirsinizmi?”, – “The Athletic” Laportadan sitat gətirib.
Aut.az
