DÇ-2030-la bağlı qəribə təqvim: bu qədər davam edəcək
2030-cu il dünya çempionatı 44 gün davam edə bilər.
Aut.az xəbər verir ki, bu barədə “Copa.es” məlumat yayıb.
Bildirlir ki, mundial 2030-cu il iyunun 8-də başlayacaq. Dünya çempionatının açılış mərasiminin isə iyunun 13 və ya 14-də baş tutması planlaşdırılır.
Dünya kubokunun 100 illik yubileyi ilə əlaqədar Uruqvay, Argentina və Paraqvayda keçiriləcək ilk qarşılaşmalarla digər turun oyunları arasında 1 həftəlik fasilə olması nəzərdə tutulub. Buna səbəb turnirin əsas təşkilatçıları olan İspaniya, Portuqaliya və Mərakeşlə Cənubi Amerika arasında böyük saat fərqinin olmasıdır.
Dünya çempionatının final matçının iyulun 21-də keçirilməsi nəzərdə tutulub.
