Ferqyusona ağır itki
“Mançester Yunayted”in əfsanəvi baş məşqçisinin Ser Aleks Ferqyusonun ailəsinə ağır itki üz verib.
Aut.az xəbər verir ki, şotlandiyalı mütəxəssisin həyat yoldaşı Keti Ferqyuson 84 yaşında dünyasını dəyişib. Bu barədə “Dailymail” məlumat yayıb.
Aleks və Keti 1966-cı ildə evlənib. Ferqyusonlar üç oğul, 12 nəvə və bir nəticəyə sahibdirlər.
Ketinin vəfatı ilə əlaqədar bəyanat yayan ailə dəfn və digər mərasimlərin ictimaiyyətə açıq olmayacağını bildirib.
