Haaland bu mükafatı üçüncü dəfə qazandı
“Mançester Siti”nin hücumçusu Erlinq Haaland İngiltərə Premyer Liqasında ayın ən yaxşı futbolçusu seçilib.
Aut.az xəbər verir ki, bu barədə çempionatın mətbuat xidməti məlumat yayıb.
Avqustda 24 yaşlı norveçli İngiltərə 3 oyunda iştirak edib və 7 qol vurub.
Haaland karyerasında üçüncü dəfə belə bir mükafata layiq görülüb. Bundan əvvəl o, 2022-ci ilin avqustunda və 2023-cü ilin aprelində Premyer Liqada ayın ən yaxşı oyunçusu seçilib.
Aut.az
