Hamı futbola baxır, görün Bolt nəyi izləyir – FOTO
Atletika üzrə səkkizqat Olimpiya və 11 qat dünya çempionu, yamaykalı Useyn Bolt “Uimbldon” turnirini izləyib.
Aut.az xəbər verir ki, Bolt “Böyük Dəbilqə”nin 24 qat çempionu serbiyalı Novak Cokoviç ilə 28-ci yerdə qərarlaşan fransalı Artur Rinderkneş arasında keçirilən üçüncü tur matçı zamanı tribunada olub.
Görüş 7:5, 6:4, 1:6, 7:6 (7:4) hesabı ilə Cokoviçin xeyrinə başa çatdı. İndi o, 1/4 finala vəsiqə uğrunda rusiyalı Roman Safiullinlə (reytinqdə 132-ci yerdə) qarşılaşacaq.
/i/m/u/17831460001017154563.png)
Aut.az
