Lebron zədəli deyilmiş – Bəs niyə oynamır?
“Leykers”in baş məşqçisi Cey Cey Redik “Sakramento” ilə oyunu və mövsümdə üçüncü oyununu buraxan Lebron Ceymslə bağlı vəziyyəti şərh edib.
“Hər hansı zədədən danışmırıq. Bəli, ayağında narahatlıq hiss etdi, amma indi sadəcə virus xəstəliyi olduğu üçün yox idi.
Tezliklə onu görəcəyik. Onunla bağlı qorxulu heç nə yoxdur”, – Redik şərh edib.
Dekabrın 30-da 40 yaşını qeyd edən Lebron Ceyms hazırda əla formadadır. O, hər oyunda orta hesabla 23,5 xal, 7,9 ribaund və 9 assist edir.
Aut.az
