Şahmat

Məşhur qrossmeyster yatıb qaldı və…

Rusiyalı qrossmeyster Daniil Dubov dekabrın 31-də “Take Take”ə müsahibəsində dünya blits çempionatında amerikalı həmkarı Hans Nimanna qarşı oyuna niyə gecikdiyi haqda danışıb.

Aut.az xəbər verir ki, Dubov yatıb qaldığını bildirib:

“Nə oldusa, oldu. Otelə getdim, sonra qayıdıb dedim ki, yatıb qalmışam. Başqa nə deməliyəm? Əgər sən axmaq deyilsənsə, onda belə bir şey olanda onun nəüçün  baş verdiyini başa düşürsən”.

O, əlavə edib ki, insidentə səbəb ABŞ- a uzun uçuşdan sonra yaranan yorğunluq olub. Dubova texniki məğlubiyyət verilib.

Aut.az